DTX Tiflisdə spikerin evinə girdi: Silah tapıldı

Gürcüstan parlamentinin spikeri Arçil Talakvadzenin evinin pilləkənində silah aşkarlanıb.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

“Birinci və ikinci mərtəbələr arasında odlu silah aşkarlanıb. Silah Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tapılıb, bundan sonra hadisəyə hüquq-mühafizə orqanları müdaxilə ediblər”, – deyə o bildirib.

Nazirlik qanunsuz silah əldə edilməsi və saxlanılması maddəsi ilə cinayət işi açıldığını vurğulayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu