Türkmənistandan İrana xəbərdarlıq: “Sərhədi keçən iranlılar silahla vurulacaq”

Türkmənistan İranla sərhədlərini bağlayıb. Hronikatm.com-un yaydığı xəbərə görə, buna səbəb İranda yayılan koronavirus təhlükəsidir.

İranla sərhəddəki Kaaxka və Qızıl Arvata sərhəd-keçid məntəqələrində sərhədçilər qoruyucu tibbi maska və respiratorlar istifadə edirlər.

Türkmənistan rəsmiləri tərəfindən İran səfirliyinə bildirilib ki, vətəndaşları neytral zonadan keçməsinlər.

Qanunu pozaraq sərhədi keçən iranlıların silahla vurulacağı xəbərdarlığı edilib.

Xatırladaq ki, İranda koronavirusun yayılması səbəbi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Əfqanıstan, İraq və Ermənistan bu ölkə ilə dövlət sərhədlərini bağlayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu