İlham Əliyev Şeyxə məktub ünvanladı

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Küveyt xalqına ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımız arasındakı dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və rifah diləyirəm", - təbrikdə qeyd olunur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu