MSK daha bir məntəqənin nəticələrini “heçə saydı”

108 saylı Ağstafa Seçki Dairəsinin 26 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.  

Oxu.Az-ın məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında elan olunub. 

MSK həmin dairə üzrə namizəd Başxanım Abbasovanın şikayəti əsasında bu qərarı çıxarıb.  

Qeyd edək ki, 108 saylı Ağstafa Seçki Dairəsinin lider namizədi Nizami Cəfərovdur.  

Paylaş

Bizi Facebookda izləyin
menu
menu