Nəsirlinin həyatına qəsdlə bağlı rəsmi açıqlama verildi

Vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar fevralın 22-də Nəsimi rayonu ərazisində A.Mustafayev küçəsində həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Azərtac-a bildirib ki, sürücü müəyyənləşdirilərək Baş İdarəyə dəvət olunub.

Onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Araşdırmalar zamanı R.Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu