İstanbulda baş vermiş təyyarə qəzası ilə əlaqədar kapitan pilot həbs edilib


İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş təyyarə qəzası ilə əlaqədar kapitan pilot həbs edilib.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı köməkçi pilotun ifadəsi alınıb.
Xatırladaq ki, fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul aviareysini yerinə yetirən təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Hadisə zamanı üç nəfər həlak olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu