Bakıda sevgililər özlərini dənizə atdı: Qız öldü

Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb.

25 yaşlı gənci sudan çıxararaq, xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu