Azərbaycandan Türkiyəyə gedənlərin sayı artıb

Azərbaycandan Türkiyəyə gedənlərin sayında artım var.

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin hesabatından məlum olur.

Statistikaya görə, 2018-ci ilin yanvar ayında Azərbaycandan 48073 nəfər Türkiyəyə səfər edib. 2019-cu ilin ilk ayında turistlərin sayı 46895, 2020-ci ildə isə 54788 nəfər olub.

Türkiyə yeni ilin ilk ayında dünya ölkələrindən ümumilikdə 1787435 turist qəbul edib. Bu, ötən ilin yanvar ayına görə 16,11 faiz artım deməkdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu