ABŞ-da 11 yaşlı qız parlamentə dolu tüfənglə girdi

ABŞ-ın Aydaho ştatında 11 yaşlı Beyli Nilsen parlamentin iclasına dolu tüfənglə girib. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, qız ictimai dinləmədə babasını müşayiət edib. Onlar Aydaho ştatında qeydiyyatda olmayan silahların gizli daşınması barədə qanun layihəsinə dəstəklərini ifadə etmək istəyiblər.

Kişi nəvəsini cəmiyyətin odlu silahdan qorxmamalı olduğunu nümayiş məqsədi ilə parlamentin iclasına gətirib.

“Beyli beş yaşından atəş açır. O, doqquz yaşı olarkən elə bu tüfəngdən özünün ilk maralını vurub. Nəvəm bu silahı məsuliyyətlə daşıyır və bilir ki, barmağı tətikdə saxlamaq olmaz”, - deyə baba bildirib.

Hazırda ştatda sakinlərə 18 yaşdan etibarən gizli şəkildə silah daşımağa izn verilir.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu