Ərdoğan Azərbaycana gəldi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarə Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib. 

Ərdoğanı Azərbaycan prezidentinin köməkçisi Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və Şimal Kipr Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıb. 

Türkiyə prezidentini Azərbaycan səfərində Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ətraf Mühit və Şəhərsalma naziri Berat Albayrak, Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Ruhsar Pekcan, Rabitə naziri Fahrettin Altun, Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan müşayiət edir. 




Paylaş

Bizi Facebookda izləyin
menu
menu