Tehran-İstanbul təyyarəsi koronavirusa görə Ankarada təcili eniş etdi

“Türkiyə Hava Yolları”nın Tehran-İstanbul reysi üzrə hərəkət edən təyyarəsi bəzi sərnişinlərdə koronavirus əlamətlərinin olması səbəbindən Ankaranın Esenboğa hava limanında təcili eniş edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Təyyarədə olan 132 sərnişin müayinə olunduqdan sonra karantinə alınacaq.

İddiaya görə, təyyarədə bir neçə sərnişində yüksək temperatur müəyyən edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu