Rejim tankı belə qaçdı: Türk zirehlisi təqib edir


İdlibin Neyrab kəndində çəkilən görüntüdə, 15 tonluq zirehli texnikanın 45 tonluq tankın arxasına düşdüyü anlar saniyə və saniyə qeyd edilib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Suriyada düyünün həll ediləcəyi İdlibdə Türkiyənin dəstəklədiyi müxaliflərlə rejim güclərinin qarşıdurması davam edir.

Qaynar Neyrab kəndində şiddətlənən qarşıdurmalarda ortaya inanılmaz bir görüntü çıxıb. Müxaliflərin arasında qalan bir rejim tankı təqib olunarkən  insansız hava texnikasından lentə alınıb.

Görüntüdə Türkiyə istehsalı olan zirehli müharibə maşını  ZMA-15, 45 tonluq T-72 tankının arxasına düşür.

15 tonluq ZMA-15-dən qaçmağa çalışan rejim tankı uzun cəhddən sonra xilas ola bilir.

Neyrab bu gün günorta saatlarından etibarən müxaliflərin nəzarətindədir, rejim gücləri isə hücumlarını davam etdirir.

İdlibdə bu gün də partlayış və silah səsləri eşidilir. Rus döyüş təyyarələrinin İdlib şəhərinin mərkəzini vurduğu bildirilir.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu