Koronavirus panikasına səbəb yoxdur: Azərbaycan bütün önləyici tədbirləri görüb - AKTUAL

Son zamanların ən çox danışılan mövzularından biri də koronavirusudur. Artıq infeksiya sərhədlərimizdə, konkret olaraq Cənub qonşumuz İranda var. Təbii ki, bunun mövzu ilə bağlı xeyli yanlış məlumatlar da yayılıb. Ölü sayının çox olduğu bildirilir. Bir çox səhv məlumatlar yayılır ki, bu da bizim ölkədə ajiotajla qarşılanır.

İranda koronavirusdan ölənlərin sayının artması haqqında məlumatlar Azərbaycanın bu ölkə ilə sərhəddə yerləşən Cənub bölgəsində narahatlığa səbəb olub. Səhiyyə Nazirliyindən verilən son açıqlamada ölkəmizdə hazırda koronavirusla bağlı vəziyyətin stabil olduğu və heç bir şübhəli hal aşkarlanmadığı bildirilib. 

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatına görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib: 

"Həkim müşahidəsinə götürülənlər İran vətəndaşlarıdır. 19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir".



Həkim: “Əgər siz birbaşa xəstə insanla kontaktda olmamısınızsa, yoluxma riski yoxdur”


"Virusdan qorunmaq üçün gigiyenik qaydalara daha ciddi əməl etmək lazımdır. Virus hava damcı yolu ilə keçir. Əgər siz birbaşa xəstə insanla kontaktda olmamısınızsa, yoluxma riski yoxdur". 

Bu sözləri  "Sherg.az"a pediatr Nurəngiz Hacıyeva deyib. Pediatr hesab edir ki, koronavirusdan qorunmaq üçün  xəstə olan, tez -tez öskürən insanlarla ünsiyyəti məhdudlaşdırmaq, insanların toplu olduğu yerlərdə maskalardan istifadə etmək lazımdır: 

"Maska tez- tez dəyişdirilməlidir. Maska daha çox virusa yoluxan insanların taxması üçündür ki, virus ətrafa yayılmasın. Gigiyenik qaydalara əməl etmək sizə bu virusdan qorunmağa kömək edəcək. Kütləvi insan olan yerə, uşaqlar üçün qapalı “top səbətləri” olan yerlərə getməyin. Otağınızın havasın tez- tez dəyişdirin. Əlləri tez-tez yumaq tövsiyyə olunur, çünki virus əllərdə 5-10 dəqiqə yaşayır. Əllərinizi bu zaman ərzində ağzınıza, burnunuza, gözünüzə bilmədən vurmaq ehtimalınız var. Sabunla əlləri yuduqda əl sürüşkən olur və mexaniki olaraq çirk daha asan yuyulur. Tək ovucun içi deyil, əlin üstü,  barmaqların arası da axar su altında yuyulmalıdır. Əgər uşaq qrip insanla təmas olarsa dərhal əllərini spirtləyin və xlorheksidinlə dezinfeksiya edin. Burun keçəcəklərini aqualor və ya 3 faizlik perekislə günde 7-9 dəfə yuyun. Virus 26-27 dərəcədə məhv olur. Buna görə də isti mayelər qəbul edin. Bacardığınız qədər  uşaqlarını öpməyin, qucaqlamayın, başqalarına da imkan verməyin. Uşağınız qripdirsə, burnu axırsa onu bağçaya qoymayın. Xəstə uşaq 20 gün ev şəraitində qalmalı, immuniteti bərpa olunmalıdır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu