Şengen ölkələrinə koronavirus tapşırığı verildi

Şengen ölkələri koronavirusun yayılmasının qarşısını almaq üçün sərhədlərdə müstəqil nəzarət tədbirləri tətbiq edə bilərlər.

“RİA Novosti”nin məlumatına görə, Avropa Komissiyasının nümayəndəsi bu barədə bəyan edib.

“Söhbət səhiyyədən getdiyi üçün hər bir dövlət sərhəd məsələlərini müstəqil həll etmək hüququna malikdir”, - deyə Avropa Komissiyasından bildirilib.

Bununla yanaşı, görüləcək tədbirlərin elmi dəlillərə və risk analizinə əsaslanmalı olduğu da vurğulanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu