Ərdoğanın Bakı səfəri sıradan deyil - ŞƏRH

“Azərbaycan və Türkiyə arasında uzun zamandır ki, ciddi hərbi əməkdaşlıq barədə planlar nəzərdən keçirilir”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Politoloq bildirib ki, Ərdoğanın Bakıya gəlişi regionda nüfuzunu möhkəmləndirmək xarakteri daşıyır: 

“Görüş ərəfəsində bu əlaqələrin təməli atıla bilər. Azərbaycanın Qərbə inteqrasiya meyilləri gücləndikcə hərbi ittifaqın yaranması ehtimalları daha da artır. NATO üzvü olan böyük dövlətlə strateji müttəfiqlik müqavilələrinin bağlanması Azərbaycan üçün çox önəmlidir. Bəzən Qarabağın geri qaytarılması prosesinin “çox ağır olduğu” və Rusiyanı prosesdən kənarlaşdırmağın mümkünsüzlüyü qeyd olunur. Ancaq hesab edirəm ki, Rusiyanın imkanlarını həddindən çox şirişirdirik. Reallıq isə odur ki, anlaşma yolu ilə Dağlıq Qarabağı geri qaytarmaq mümkün olmasa, gələcəkdə güc faktoruna müraciət etməyə məcbur olacağıq. Bunun üçün Türkiyə və NATO ilə hərbi müttəfiqlik bizim üçün çox əhəmiyyətlidir”.



Politoloq: “Şərqdə və Qafqazda “qaynar nöqtələr”in həssas olduğu zamanda Türkiyə Prezidentinin Bakıya səfəri bir çox mühüm mətləblərdən xəbər verir”


Siyasi şərhçi diqqətə çatdırıb ki, Şərqdə və Qafqazda “qaynar nöqtələr”in həssas olduğu zamanda Türkiyə Prezidentinin Bakıya səfəri bir çox mühüm mətləblərdən xəbər verir: 

“Rusiya və Türkiyə münasibətlərini yalnız özlərinin dövlət maraqları çəçivəsində qurmağa çalışıblar. İndiyə qədər bütün danışıqlar və əldə olunan razılaşmalar müvəqqəti xarakter daşıyırdı və müəyyən zaman keçdikdə qüvvədən düşürdü. Münasibətlər qurulmağa başlayan andan qeyd etmişdim ki, Türkiyə Ruisya ilə münasibətləri daha çox NATO təmsilçisi olaraq quracaq. Bu illər ərzində baş vermiş bütün narazlılqların fonunda Türkiyə NATO ölkəsi olaraq qalır. Hərbi alyansın razılığı və xeyir-duası olmadan Türkiyə heç bir uğurlu hərbi əməliyyatlara imza ata bilməyəcək. Göründüyü kimi Suriya cəbhəsində nəhayət NATO öz dəstəyini verəcək və Rusiya bu bölgədə sıxışdırılacaq. Son zamanlar ABŞ və Avropa təsisatları Dağlıq Qarabağın işğal faktını tez-tez gündəmə gətirməsi və problemin həllində ərazi bütövlüyü prinsipini hallandırması çox uzaq olmayan zamanda gündəmə gələcək.Türkiyənin  regionun lider dövləti olaraq həll prosesində dominant qüvvə kimi çıxış edəcəyi də şübhəsizdir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu