Namizəd MSK-nın iclasında Məzahir Pənahovu hədələdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki Dairəsi üzrə namizəd Nurlana Cəlillə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb. 

Oxu.Az-ın xəbərinə görə, Nurlana Cəlil MSK-nın çıxardığı qərara kəskin etiraz edib. 

O MSK sədrini, katiblərini və qurumu üzvlərinə bunu bildirib:

“Şəxsən bundan sonra sizlərdən birinin Zaqatalaya ayağı düşsə, qovacağam”. 

Qeyd edək ki, MSK-nın qərarı ilə adıçəkilən dairənin iki məntəqəsinin nəticələri etibarsız sayılıb. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu