Lavrov və Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla görüş keçirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat dərc edilib.

“Xarici işlər qurumlarının rəhbərləri ikitərəfli və regional gündəmin aktual mövzularını müzakirə ediblər. Eyni zamanda, Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan və Rusiya XİN rəhbərləri Cenevrədə görüşüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu