MSK daha iki məntəqənin nəticəsini etibarsız saydı

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi üzrə iki məntəqənin nəticələri ləğv edilib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qərar çıxarılıb.

MSK qərara alıb ki, həmin dairənin 4 və 6 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılsın. 

Qeyd edək ki, adıçəkilən dairənin lider namizədi Musa Quliyevdir. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu