Türkiyə İdlibə əlavə tanklar göndərdi

Türkiyə İdlibə hərbi texnikasını göndərməkdə davam edir.

Axar.az xəbər verir ki, İdlibdə Gərginliyi Azaltma bölgəsinə dəstək məqsədilə yola çıxan 10 tankdan ibarət konvoy Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsi istiqamətində hərəkət edib.

Bildirilir ki, hərbi konvoy Reyhanlıdan Suriyaya keçəcək.

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinə aid 50 avtomobildən ibarət yeni hərbi konvoy mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Suriyanın İdlib şəhərinə girib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu