Bakıda naməlum kişi meyiti tapıldı

Bakının Nəsimi rayonunda şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.

Oxu.Az xəbər verir ki, meyit H.Seyidzadə küçəsi 4 ünvanının qarşısında aşkar edilib. 

Üzərində heç bir zorakılıq əlamətləri olmayan 25-30 yaşlı kişinin fevralın 24-ü axşam saatlarında öldüyü təxmin edilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu