Masallıda dəhşət: Xərçəng xəstəsi olan qadın özünü quyuya atdı

Masallı rayonunda xərçəng xəstəsi olan qadın intihar edib.

Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə fevralın 25-i günorta saatlarında rayonun Kubin kəndində baş verib.

Kənd sakini, 49 yaşlı Vəzifə Babayeva qonşusu Asif Nəzərova məxsus, heç kimin yaşamadığı evin həyətindəki quyuya özünü ataraq intihar edib. O, kənd sakinləri tərəfindən quyudan çıxarılıb. 

V.Babayeva uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu