Gəncə gənclərindən Xocalı ilə bağlı - VİDEOÇARX

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin gəncləri Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş videoçarx hazırlayıblar.

Kult.az xəbər verir ki, “Xocalı faciəsini unutmayaq, unutdurmayaq!” adlanan videoçarxda yüzlərlə dinc sakinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə XX əsrin ən böyük faciəsi kimi tarixə yazılan Xocalı qətliamı gənclərin dilindən izləyiciyə çatdırılıb.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasovun sözlərinə görə, fərqi formatda videoçarxın hazırlananmasında məqsəd soydaşlarımızın dözülməz işgəncələrə məruz qalması və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edilməsi nəticəsində bəşər tarixinin ən qanlı çinayəti olan Xocalı soyqırımını unutmamaq və unutdurmamaq olub.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu