Mübarəkin vəfatına görə Misirdə üçgünlük matəm elan edildi

Misirin sabiq Prezidenti Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar ölkədə fevralın 26-dan etibarən üçgünlük matəm elan edilib.

AZƏRTAC xəbər verir ki, Misir Prezidenti Administrasiyasının bununla bağlı məlumatında deyilir: "Prezident böyük Oktyabr müharibəsinin qəhrəmanı, ölkəyə bir komandan kimi misilsiz xidmətlər göstərmiş Məhəmməd Hüsnü Mübarəkin vəfatından dərindən kədərlənib. Müharibə zamanı Hərbi Hava Qüvvələrinin komandanı olmuş Mübarək ərəblərin ləyaqət və şərəfini qoruyub".

Mübarəkin hərbi qaydada dəfn mərasimində ölkə rəhbərliyi, ordunun generalları iştirak edəcəklər. Ərəb ölkələrinin liderləri - Səudiyyə Ərəbistanının və Bəhreynin kralları, Fələstinin lideri, Ərəb Dövlətlər Liqası, ABŞ-ın Dövlət katibi Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə və Mübarəkin ailəsinə zəng edərək başsağlığı veriblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu