Türkiyə ilə Azərbaycanın birlikdə görəcəyi çox iş var - ŞƏRH

“Dünən Azərbaycana səfərə gələn qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla dövlət başçımız İlham Əliyevin gündəmində bir çox önəmli məsələlər vardı”. 

Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri vurğulayıb ki, Ərdoğanın Bakıya səfəri Qazax sərhəddində Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun törətdiyi təxribat və bir əsgərimizin şəhid olması fonunda baş verdi: 

“Bundan əvvəl Ərdoğanın Ukraynaya səfəri zamanı da, oradakı Rusiyaya meyilli qondarma rejimlər Ukraynaya qarşı döyüşlərə sart vermişdilər. Türkiyənin Liviya və Suriyadakı fəallığı da Kremlin hərbi-diplomatik manevrləri vasitəsilə neytrallaşdırılmağa, bloklanmağa çalışılır. 



Bir sözlə, Rusiya Türkiyənin həyati maraqları üçün əhəmiyyət kəsb edən bütün coğrafiyalarda Türkiyənin qarşısında əngəl olmağa çalışır. Belə bir kritik geopolitik durumda Azərbaycan həmişə olduğu kimi yenə də qardaş ölkənin yanındadır. Bu iki ölkənin həm qlobal planda, həm də regional müstəvidə birlikdə görəcəkləri işlər var. Dünya güclərinin təhdid və mesajlarına birlikdə cavab verə bilərik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu