Azərbaycan tankeri yük gəmisi ilə toqquşdu

Rusiyada Don çayında Azərbaycana məxsus tanker qəzaya uğrayıb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Cənub İstintaq İdarəsinin saytında məlumat verilib.

Məlumata görə, “Volqodon” şirkətinə məxsus “Jadeit” yük gəmisi Azərbaycana məxsus “Lerik” tankeri ilə toqquşub.

Nəticədə “Jadeit” gəmisinin burun hissəsində əzik yaranıb.

“Lerik” tankeri isə əzilib, korpusu qırılıb.

Hadisə nəticəsində zərərçəkənin olmadığı vurğulanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu