Bakıda bu şirkət 50 min manat cərimələnə bilər

Nizami rayonu, K.Balakişiyev 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bunu jurnalistlərə ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.

O qeyd edib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı üç şam ağacının “Karayev City” MTK tərəfindən tikinti işləri aparılan zaman ağır texnika ilə məhv edildiyi müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub.

“Karayev City” MTK-nın hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.

S.Dərafərin yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək, Nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkür edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu