Azərbaycanla Türkiyə arasında imzalanan sənədlər çox əhəmiyyətlidir – ŞƏRH

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri və Yüksəliş Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirakı ölkələrimiz arası əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Görüşdə Prezident İlham Əliyevin Türkiyə Prezidentinə və digər qonaqlara "Vətəninizə xoş gəlmisiniz" deməsi Azərbaycan və Türkiyənin sözün əsil mənasında "bir millət iki dövlət" olduğunun göstəricisidir".

Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, dünyada Azərbaycanla Türkiyə qədər bir-birilərinə yaxın iki ölkə yoxdur:

"İclas çərçivəsində imzalanmış 14 sənəd ölkələr arası ticari-iqtisadi, hərbi, mədəni və humanitar sahələri üzrə əməkdaşlıqda yeni üfüqlər açır. Ölkələrimiz arası ticarət dövrüyyəsi 4,5 milyaqrd dollara çatmasına baxmayaraq 2023-cü ildə 15 milyard dollara çatdırılmasının hədəflənməsi imzalanmış sənədlərin icrası və istifadə olunmamış yeni potensialların reallaşdıracağına maraqlı olduğumuzu göstərir. Azərbaycanda Türkiyənin 4 minə yaxın şirkəti fəaliyyət göstərməsi və Türkiyə şirkətlərinin ölkəmizdə icra etdiyi 300 layihə üzrə 16 milyard dollarlıq işin icrası Türkiyənin Azərbaycan iqtisadiyyatında önəmli yerdə olduğunun göstəricisidir. Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar investisiyalar yatırmışdır. Belə böyük həcmdə investisiyaları ancaq qardaş ölkələr yatıra bilərlər”.



Azər Badamov: “Beynəlxalq təşkilatlarda Türkiyə ilə Azərbaycan bir-birini dəstəkləyir və bu da dünyada sözümüzün gücünü artırır”


A.Badamov qeyd edib ki, Türkiyənin həm də Naxçıvanın enerji təhlükəsizliyinin təminatında və iqtisadiyyatın inkişafında rolu artacaq:

“BTQ dəmir yolunu 160 km Naxçıvana qədər uzadaraq Azərbaycanla birləşdirilməsinin nəzərdə tutulması, Cənub Qaz Dəhlizi vasitəsilə Naxçıvana yeni boru kəmərinin tikintisinin planlaşdırılması və Naxçıvanda istehsal olunan qeyri-neft məhsullarının Türkiyə bazarlarına ixrac çeşidlərinin genişləndirilməsinin planlaşdırılması Naxçıvanın iqtisadi-sosial həyatının inkişafını sürətləndirəcək. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və torpaqlarımızın işğaldan azad olunması prosesinin reallaşmasına töhfə verir. Beynəlxalq təşkilatlarda Türkiyə ilə Azərbaycan bir-birini dəstəkləyir və bu da dünyada sözümüzün gücünü artırır. Ölkələrimiz arasında formalaşmış sarsılmaz dostluq münasibətləri prezidentlərimiz arasındakı qardaşlıq münasibətləri üzərində daha da möhkəmlənir. Bu da ümumi düşmənləimizə qarşı mübarizliyimiz artırır".

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu