Türkiyə XİN-dən çağırış: “Bu ölkələrə getməyin”

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İtaliya və İraqa səyahət etmək istəyən vətəndaşlarına koronavirusla əlaqədar xəbərdarlıq edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Xəbərdarlıqda bildirilir ki, bu ölkələrdə koronavirusa (COVID-19) yoluxanların sayı sürətlə artıb.

Bununla əlaqədar olaraq, ölkə sakinlərindən İtaliya və İraqa səyahət etməmələri tövsiyə olunub. 

İraqda və ya İtaliyada yaşayan, hər hansı bir səbəbdən bu ölkələrə getmək məcburiyyətində qalan vətəndaşlardan isə sağlamlıq tədbirlərinə riayət etmələri, həmçinin Türkiyə diplomatik qurumları ilə həmin ölkələrin rəsmi orqanlarının və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlama və xəbərdarlıqlarına əməl etmələri tələb olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu