Ərdoğandan müharibə xəbərdarlığı: Vaxt bitir!

Suriyada humanitar böhranın qarşısını almaq üçün hərtərəfli çalışırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırda Türkiyədə 3,7 milyon suriyalı qaçqın var. Daha 1 milyon qaçqının ölkəmizdə qəbul etməyimiz mümkün deyil.

Tələb edirik ki, Suriya rejimi Soçi razılaşmasına əsasən müəyyən edilən sərhədlərə geri çəkilsin. Verdiyimiz vaxt dolmaq üzrədir. Fevralın sonuna kimi nəzarət nöqtələrimizi azad etmək fikrindəyik.

Biz bu coğrafiyanın qonağı deyil, ev sahibiyik. Buna görə də İdlibdə kiçik də olsa geri addım atmayacağıq. Bu məsələdə Türkiyə olaraq qətiyyətliyik. Müharibədə top, tank, raket müəyyən yerə qədər işə yarayır. Əsas məsələ ürəkdir, inancdır, imandır”, - Ərdoğan bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu