Gülnarə Kərimova azadlığı üçün 686 milyon təklif etdi

Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova hazırkı Prezident Şövkət Mirziyayevə açıq məktubla müraciət edib.

Kərimovanın məktubunu öz İnstaqram səhifəsində qızı İman Kərimova paylaşıb. Kərimova məktubunda ailəsindən müsadirə edilən 1,2 milyard dollarlıq sərvətin hələ də dövlətin büdcəsinə keçmədiyini bildirib. O, hazırda ailəsinin əlində qalan yeganə vəsaitin İsveçrədəki dondurulmuş hesab olduğunu deyib.

Prezidentin qızı ona qarşı açılan cinayət işinin qapadılması qarşılığında bu hesabdakı 686 milyon dollardan imtina etməyə hazır olduğunu söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu