Güclü külək Xırdalanda fəsadlar yaratdı

Güclü külək Xırdalanda da bir sıra fəsadlar törədib.

Oxu.Az xəbər verir ki, dağıntılar Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə adlanan ərazidə baş verib. 

Güclü külək səbəbindən bir neçə ağacın budaqları qırılıb, eləcə də bir evin dam örtüyü qopub və ərazidə olan avtomobillərin üzərinə düşüb. 

Hadisə nəticəsində xəsarət alanlar olmasa da, üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu