Bakıda “Xocalı şəhərciyi” yaradılsın! – Erməni faşizmi ifşa olunmalıdır - TƏKLİF

“28 il bundan öncə Xocalıda baş verən dəhşətli qətliamın dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün Bakıda ayrıca olaraq “Xocalı şəhərciyi” yaradılmalı, erməni faşizmi əyani faktlarla ifşa olunmalıdır”. 

Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, qurumun mərkəzi qərargahında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı keçirilən tədbirdə belə bir təkliflə çıxış edib: 

“Bakının diqqət mərkəzində olan yerlərindən birində “Xocalı şəhərciyi” yaratmaqla biz nəyə nail ola bilərik? Hər il Xocalı soyqırımının ildönümünü eyni qayda üzrə, dəyişməz ssenari ilə qeyd edirik. Bakıda yürüş, İstanbulda isə izdihamlı mitinq keçiririk. Televiziyalarımızda erməni vəhşiliklərini əks etdirən videokadrlar nümayiş olunur, vəssalam. 



Partiya sədri: “Təklif etdiyim xatirə kompleksinin yaradılması dünya ictimaiyyətini fakt qarşısında qoyacaq”


Demək olar ki, işimizi bununla da bitmiş hesab edirik. Belə deyək də, status-kvo illərdir ki, dəyişmir. Öz dərdimizi elə özümüz deyib, özümüz eşidirik. Əgər soyqırım faktına dünyanın münasibətini dəyişmək və ermənilərin faşizmə, terrora meyilli millət olduğunu dünya ictimaiyyətinin diqqətinə əyani şəkildə çatdırmaq istəyiriksə, o zaman bunun ən səmərəli yollarından biri də paytaxtımızda “Xocalı şəhərciyi” memorial kompleksinin yaradılmasıdır”. 

Ə.Hüseynov vurğulayıb ki, bu kompleksi rəsmi dövlət protokolu ziyarətlərinin siyahısına da daxil etmək lazımdır: 

“Azərbaycana səfərə gələn bütün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və yüksək ranqlı diplomatlar o kompleksi mütləq ziyarət etməlidir. Kompleks Azərbaycana gələn əcnəbi turistlər üçün də açıq olmalıdır. Xatirə kompleksində Xocalı faciəsi bütün detalları ilə canlandırılmalıdır. Ermənilərin soyumuzu qurutmaq planlarını ifşa edən bütün rəsmi sənədlər və maddi dəlillər, faktlar da o kompleksdə əyani şəkildə nümayiş olunmalıdır. Dünya ictimaiyyəti real faktlara söykənməyə, istinad etməyə üstünlük verir. Xocalı soyqırımına dünya ictimaiyyətinin diqqətini gözyaşlarımızla, ağlaşma qurmaqla cəlb edə bilmərik. Təklif etdiyim xatirə kompleksinin yaradılması dünya ictimaiyyətini fakt qarşısında qoyacaq. Dünyada baş vermiş bütün böyük soyqırımlarla bağlı bu cür xatirə kompleksləri mövcuddur. Biz də bu işi mütləq görməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu