Bakı metrosunda koronavirusa qarşı tədbirlər həyata keçirilir - ÖZƏL

“Fevralın 21-dən başlayaraq Bakı Metropolitenində profilaktik tədbirlər həyata keçirilir. İş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunur. Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görülür”. 

Bu sözləri Sherg.az-a açıqlamasında Bakı Metropoliteni QSC-in mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib. 

Metropoliten rəsmisi  qeyd edib ki, qatarlarda və stansiyalarda həyata keçiriləcək tədbirlərin də qrafiki artıq müəyyən olunub: 

“Bundan başqa, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənir. Onu da deyim ki, istifadə olunan dərman preparatlarının sağlamlıq üçün heç bir ziyanı yoxdur. Yəni, metro üçün nəzərdə tutulmuş bütün profilaktik tədbirlər normativə uyğun həyata keçirilir”.


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu