Markov: "Xocalı torpağında ədalət bərqərar olacaq" 

Xocalı faciəsinin ildönümünü qeyd etdiyimiz bu faciəli günlərdə Rusiya xalqı adından Azərbaycan xalqı ilə dərin həmrəyliyimi ifadə edirəm və ümidvar olduğumu bildirirəm ki, belə faciələr heç vaxt heç yerdə təkrarlanmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Siyasi Araşdırmalar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndiricisi Sergey Markov Xocalı soyqırımı qurbanlarının xatirə gecəsində bildirib.

Xocalı hadisələrinin soyqırımı olduğunu - dinc sakinlərin bilərəkdən milli əlamətə görə qətlə yetirildiyini vurğulayan politoloq deyib: “Bu qırğının təşkilatçılarının çoxsaylı müsahibələri var. Onlar özlərinin məkrli siyasi planından danışırlar. Bəşəriyyət əleyhinə bu cinayət də məhz həmin plan naminə törədilib. Plan isə on minlərlə, yüz minlərlə dinc sakinin dəhşət içində işğal edilmiş ərazilərdən qaçması üçün onları vahiməyə salmaqdan və bununla da etnik təmizləmə həyata keçirməkdən ibarət idi. Onda hələ heç kəs qorxu nə demək olduğunu bilmirdi. Axı yaxın keçmişdə insanlar vahid ölkədə yaşayırdı, tədbirlərdə iştirak edir, bir yerdə təhsil alır və işləyirdilər. Təşkilatçıların düşüncəsinə görə, əvvəlki həyatı yenisindən ayıracaq sədd rolunu məhz bu dəhşətli kütləvi qırğın oynamalı idi”.

Rusiyalı ekspert ümidvar olduğunu bildirib ki, belə faciə daha heç vaxt təkrarlanmayacaq, Xocalı torpağında ədalət bərqərar olacaq, Azərbaycan xalqı əzəli torpaqlarına geri dönəcək. “Rusiya və Azərbaycan xalqları qardaş xalqlardır. Buna tam əmin ola birləsiniz. Biz bu faciəli günlərdə sizinləyik”, - deyə Sergey Markov sonda deyib:

Paylaş

Bizi Facebookda izləyin
menu
menu