“Xocalı” tamaşası nümayiş olundu - FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və qurumun Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialında fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə filialda “Xocalı” tamaşası nümayiş olunub.

Tamaşa Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində, Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub. Tamaşada ziyalılar, tələbələr, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filialdan bildirilib ki, səhnə əsərinin müəllifi şair-publisist Zərəngiz Dəmirçi Qayalı, rejissoru, Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrının direktoru və bədii rəhbəri Larisa Tarusova, səhnə tərtibatçısı Günəş Talıblı, ideya müəllifi “Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlıdır.

Tamaşadan əvvəl filialın müdiri Turanə Əmirova, filialın əməkdaşı, tamaşanın müəllifi şair-publisist Zərəngiz Mansurova, rejissor Larisa Tarusova və başqaları çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu söyləyiblər. 2009-cu ildən bəri bir çox idarə və təşkilatlarda, universitet və liseylərdə, orta məktəb və kolleclərdə nümayiş etdirilən bu səhnə əsərinin qayəsi odur ki, Xocalı faciəsi Xatın, Lidisa, Naqasaki, Hirosima soyqırımları kimi bəşəriyyət tarixinə düşmüş qanlı bir aksiyadır. Tamaşanın məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır.

Bildirilib ki, tamaşa fevralın 26-da Xəzər Universitetində də nümayiş olunacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu