Bakıda kişi qəflətən metronun çıxışında öldü

Bakıda kişi metronun çıxışında ölüb.

Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində, Həzi Aslanov metrosunun çıxışında qeydə alınıb. Belə ki, təxminən, 30 yaşlı kişi metronun çıxışında yerləşən apteklərin birinə qaçaraq dərman alıb. O, qayıdarkən aptekin çıxışında dünyasını dəyişib.

Aptekdən bildiriblər ki, kişi “astma aparatı” alıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım çağırılıb. Meyitin kimliyi araşdırılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu