Bakı qəbiristanlığında fərari həyat yoldaşını bıçaqladı

Bakı şəhəri Sabunçu rayonunun 13-cü Polis Bölməsinin əməkdaşları həyat yoldaşı Kristina Ələsgərovanı şikəst edən Bakıxanov qəsəbə sakini 38 yaşlı Ziya Ələsgərovu axtarmağa davam edir.

Bundan əvvəl Oxu.Az onun münaqişə zəminində 37 yaşlı K.Ələsgərovanı bıçaqladığı barədə məlumat yaymışdı.

Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Oxu.Az-a hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, cinayət fevralın 25-də, saat 16:00 radələrində kənd qəbiristanlığı ərazisində törədilib. Əvvəllər hərbi hissəni icazəsiz tərk etməkdə və fərarilikdə ittiham olunan Z.Ələsgərov həyat yoldaşının sinəsinə, qarnına və üzünə bir neçə bıçaq zərbəsi vurduqdan sonra qaçıb gizlənib.

Ağır vəziyyətdə olan zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Cinayətin motivi hələlik bəlli deyil.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu