Gizli hesabat: Koronavirus İngiltərədə  yarım milyon insanın ölümünə yol aça bilər


Koronavirus dünyanı diz çökdürməkdədir.  Türkiyənin qərb qonşusu Yunanıstanda ilk hadisə təsbit olunub. Virus Avropa ölkələrinə İtaliya üzərindən yayılır, Almaniyada virus səbəbiylə bütün giriş - çıxışlar qapadılıb.

Braziliya ilk hadisəni rəsmi olaraq təsdiqlədi, beləcə virus Antarktika xaricində bütün qitələrə yayılıb. İranda koronavirusdan  ölənlərin sayı 19-a çatıb, daha 44 nəfərdə xəstəliyə rast gəlinib. 

İngilis mediası bu günə qədər açıqlanmış ən qorxunc hesabatı dünya ilə paylaşıb. Hökumətin gizli hesabatına görə, epidemiya yalnız Birləşmiş Krallıqda yarım milyonu aşan insanın ölümünə yol aça bilər. Ən pis ssenarinin yer aldığı hesabatda, koronavirus epidemiyasının pandemiyaya  çevrilməsi halında İngiltərədə virusun yoluxacağı insan sayı 50 milyon olaraq təxmin edilir. Dünya Səhiyyə Təşkilatı isə, koronavirusü hələ pandemik xəstəlik kateqoriyasına salmayıb. Ancaq mütəxəssislər, virusun mövcud sürətlə yayılması halında, qısa bir müddət içində pandemi elan edilə biləcəyini söyləyir.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu