“Mən bıçaq gözəliyəm" - Nişanlısını öldürənin paylaşımı təccübləndirdi


 Eskişehirdə nişanlısı Emrah Öztürkü (28) şəhərin meşəlik sahəsində boğazını kəsib, 8 bıçaq zərbəsiylə öldürməkdə günahlandırılaraq həbs olunan Zəhra Arasın (22) ictimai media hesabından  paylaşdığı və altına da "Mən bıçaq gözəliyəm" deyə yazdığı qeydlər ortaya çıxıb. 



Sherg.az türk mediasına istinadən xəbər verir ki, səhifədəki paylaşmaya çoxlu sayda şərhlər yazılıb. Onun nişanlısını öldürməsi sərt təpki ilə qarşılanıb.  Qarsda yaşayan Zəhra Aras, 7 ay əvvəl nişanlandığı fabrik işçisi Emrah Öztürkü şəhər meşəsində boğazını kəsib, 8 dəfə bıçaqlayaraq öldürüb.
Hadisədən sonra nəzarətə altına Zəhra çıxarıldığı məhkəmədə "qəsdən öldürmə" suçundan həbs olunaraq həbsxanaya göndərilib.
Zəhranın ictimai media səhifəsindən bir Qafqaz toyunda çəkilmiş, əlində bıçaqlı görüntüləri yayılıb.



Keçən həftə paylaşılan videoda Zəhranın əlinə bıçaq alaraq yerə uzanan rəqsçinin üzərindəki taxtaya bıçaq atdığı görünür.
Zəhranın "Mən bıçaq gözəliyəm" deyərək paylaşdığı video, cinayət hadisəsindən sonra böyük reaksiyalara səbəb olub. Facebook səhifəsindəki videonun altına xüsusilə Emrah Öztürkü tanıyanlar çox sayda şərhlər yazıb.
Nişanlısını öldürən qızın məhkəmədə ifadə verərkən hadisələri soyuqqanlı bir şəkildə izah etdiyi də bildirilir.
Zəhra, ədliyyədən çıxışı zamanı jurnalistlərin 'Nişanlını niyə öldürdün?" sualına "Deyilənlərin hamısı yalandır, bir səbəbi var" deyə cavab vermişdi.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu