Türkiyədə Elçibəy Vəqfi yaradıldı

Türkiyədə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin adına vəqf yaradılıb.

Axar.az xəbər verir ki, sözügedən vəqfi mərhum prezidentin qızı Çilənay Səmədbəyli qurub.

Vəqfin sədri Ə.Elçibəyin kürəkəni Aqil Səmədbəylidir.

Əbülfəz Elçibəy Vəqfinin yaradılmasında əsas məqsəd mərhum prezidentin xatirəsini yaşatmaqdır.

Qeyd edək ki, vəqfin açılış mərasimi martın 29-u, saat 14:00-18:00-da İstanbulda keçiriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu