Şalıyev ciddi cəzalandırılmalıdır: O, statusunda uydurma yazmaqla ermənilərə xidmət edir - AKTUAL

Respublikaçı Alternativ Hərəkatının (REAL) keçmiş üzvü, fəal Rahim Şaliyevin Feysbukda Xocalı soyqırımı ilə bağlı yazdığı status insanlarda qəzəb doğurub. Buna səbəb R.Şalıyevin dəfələrlə ortaya atılmış sərsəm və uydurma iddianı növbəti dəfə gündəmə gətirməsi olub. O, yazdığı statusda iddia edib ki, “Xocalı soyqırımını Azərbaycan hökumətinin özü törədib və bunu bilən Çingiz Mustafayev də öldürülüb”. Hətta R.Şalıyev “sübut” kimi Milli Qəhrəman Çingiz Musayevin reportajını da paylaşıb. 

Məlumat üçün bildirək ki, sözügedən şəxs milli azlığın nümayəndəsidir, yəni talışdır. Daim separatçı fəaliyyəti ilə tanınan bu adam hər dəfə Azərbaycanda talışların guya “təzyiqlərə məruz qaldığını”, “haqlarının tapdandığını” iddia edir. Həm də açıq şəkildə Azərbaycanın milli maraqlarına qarşı çıxan separatçıları müdafiə edərək birbaşa onların tərəfində dayandığını vurğulayır. Ona görə də məlum şəxsin Xocalı soyqırımı barədə yazdığı status sosial şəbəkədə kəskin hiddətlə qarşılanıb. Münasibət bildirənlər gənc fəalı ermənilərə işləməkdə və etnik qarşıdurma yaratmaqda ittiham ediblər. 

Hətta bəziləri onu “psixoloji problemləri olan və etnik niftətə köklənən nasist” adlandırıblar. Məsələnin digər tərəfi isə odur ki, hər zaman pusquda dayanan ermənilər kənardan “azərbaycanlı” hesab olunan bu cür şəxslərin sərsəm ifadələrini tirajlayaraq sonradan bizə qarşı istifadə edirlər. Əfsuslar olsun ki, bizim bir sıra saytlarımızda İP uğruna belə qərəzli və təhlükəli şəxslərin absurd yanaşmalarını yaymağa cəhd göstərirlər. 



Fazil Mustafa: “İrəvandan verilən bu tapşırıq, satqın separatçıların vasitəsilə ortaya atılır. Bunu bilərəkdən edirlər ki, erməni mediası əleyhimizə istifadə etsin”


Günlərdir müzakirə olunan məsələni “Şərq”ə dəyərləndirən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, burada Azərbaycanın dövlət və milli maraqlarına qarşı konkret fəaliyyətdən söhbət gedir. 

Deputatın fikrincə, separatçılıq xəttində olan şəxslər “demokratiya” adı altında, guya, hansısa xalqların “hüquqlarının pozulması” bəhanəsi ilə düşmən Ermənistanla əməkdaşlığa da gedirlər: 

“Həm, bir-iki separatçının ortaya atdığı iddialarla zədələməyə çalışırlar. Amma bundan nəticə əldə edilməsi mümkün deyil. Çünki Azərbaycan türklərinin qaynayıb-qarışma problemi yoxdur. Azərbaycandakı bütün xalqlar Qarabağ savaşında çiyin-çiyinə düşmənlə savaşıblar. Bütün dərdlərimizi bir yerdə bölüşmüşük. Ona görə də hansısa diskriminasiyadan söhbət gedə bilməz. Bu, sadəcə başqa ölkələr tərəfindən yönləndirilən addımdır. Bunu cənubdan, şimaldan, Ermənistandan xüsusi qüvvələr qızışdırmağa çalışırlar”. 

F.Mustafa vurğulayıb ki, cəmiyyətimiz bu məsələlərdə ayıq-sayıq olmalıdır: 

“Həmin şəxsin məsuliyyətə cəlb olunması da nəzərdə tutula bilər. Çünki bu birbaşa İrəvandan həmin satqın separatçıların mesajı və tapşırığı ilə qərəzli şəkildə ortaya atılan iddiadır. Bunu bilərəkdən edirlər ki, erməni mediası ondan əleyhimizə istifadə etsin. Ona görə də, belə məqamlarda qanunun sərt dili ilə danışmaq lazımdır. Əgər kimsə, başqa ölkədə oturaraq bu işlə məşğul olursa, onları da zərərsizləşdirməyin yollarını düşünməliyik. Harada yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinə xəyanət edən şəxsləri cəzalandırmağa haqqımız çatır. Bunun yolları var və onlardan istifadə etməliyik. Vətənin bölünməzliyi üçün hamımız məsuliyyət daşıyırıq. Əgər onlar Azərbaycanı parçalamaq yolunda addım atırlarsa, ermənilərin tezislərini qəsdən gündəmə gətirirlərsə, bunun birbaşa təlimat olduğunu unutmamalıyıq. Öz mövqeyimizi ortaya qoymalıyıq”.




Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu