Şəmkirdə beş yaşlı uşağı maşın vurub öldürdü

Şəmkirdə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bununıla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat verilib.

Bildirilib ki, fevralın 26-da saat 16.00 radələrində Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində Qaracəmirli kənd sakini R.Əmirxanov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini, beş yaşlı Rüstəm Paşayevi vurub və nəticədə, uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu