Putin hansı telefonlara üstünlük verdiyini açıqladı

Rusiya Prezidenti Vladimir Putin müasir smartfonlardan istifadə etmədiyini və xüsusi rabitə telefonlarına üstünlük verdiyini etiraf edib.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidenti “Vladimir Putinə 20 sual” layihəsi üçün verdiyi müsahibə zamanı danışıb.

“Mənə rahatdır, çünki bunlardan heç istifadə etmirəm. Başqa imkanlarım var. Hərdən bu telefonu mənə verəndə ondan da istifadə edirəm. Mənim üçün xüsusi rabitənin dəstəyini götürmək daha asandır. Dəstəyi götürürəm və mənim üçün istənilən abonenti tapırlar”, - deyə Putin bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu