Koronavirusun yayıldığı ölkələrin sayı 50 oldu

Koronavirusun yayıldığı ölkələrin sayı 50-yə çatıb. “Anadolu” agentliyinin məlumatına görə, Danimarka və Estoniya da virusun yayıldığı ölkələrin siyahısına daxil olub.

Çinin Uhan şəhərində başlayan və oradan dünyanın 50 ölkəsinə yayılan koronavirusun 2801 can aldığı, 82100 nəfərin isə bu virusa yoluxduğu bildirilir.

Çinin materik hissəsində 2744, HonKonq xüsusi inzibati bölgəsində 2, İranda 19, Cənubi Koreyada 13, İtaliyada 12, Yaponiyada 7, Fransada 2, Tayvan və Filippində 1 insan yeni növ koronavirusdan ölüb.

Koronavirusun yayıldığı Çinin materik hissəsində 78497, HonKonq Xüsusi İnzibati Bölgəsində 91, Makao Xüsusi İnzibati Bölgəsində 10, Tayvanda isə 32 nəfər bu virusa yoluxub.

Ölümcül virusun yayıldığı ölkələrin səhiyyə idarələri tərəfindən verilən məlumata əsasən virusa yoluxma sayı belə sıralanır:

“Cənubi Koreya 1595, Yaponiya 894, İtaliya 447, İran 139, Sinqapur 93, ABŞ 60, Tayland 40, Bəhreyn 33, Küveyt 26, Avstraliya 23, Malayziya 22, Almaniya 21, Fransa 17, Vyetnam 16, Böyük Britaniya 13, Birləşmiş Ərəb Əmirlikləri 13, İspaniya 12, Kanada 12, İraq 5, Rusiya 5, Oman 4, Hindistan 3, Filippin 3, Xorvatiya 3, İsrail 2, Avstriya 2, Pakistan 2, Livan 2, İsveç 2, Finlandiya 2, Əlcəzair 1, Nepal 1, Şri-Lanka 1, Kamboca 1, Belçika 1, İsveçrə 1, Misir 1, Əfqanıstan 1, Yunanıstan 1, Braziliya 1, Gürcüstan 1, Şimali Makedoniya 1, Rumıniya 1, Norveç 1. Danimarka 1, Estoniya 1”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu