Qrip və ya koronavirus: fərqi necə müəyyən edək? –Müfəssəl araşdırma

Koronavirus  və mövsümi qrip epidemiyalarının simptomlar ilk baxışdan oxşardır. 
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, hər iki virusun elementləri qızdırma, öskürək, ağrı, yorğunluq, bəzən mədə-bağırsaq pozğunluqları, ishal və qusmadır. Virusun əlamətləri, şiddəti xəstədən xəstəyə dəyişir.
Amma  koronavirusu mövsümi qripdən fərqləndirən odur ki, ən ağır hallarda, koronavirusa yoluxan xəstədə  kəskin tənəffüs çətinliyi sindromu inkişaf edir, kəskin böyrək çatışmazlığı yaranırvə ölümlə nəticələnən visseral çatışmazlıq baş verir. 

Amma istənilən halda koronavirusla mövsümi qrip epimediyasının simptomları arasındakı oxşarlıq onlar arasındakı fəqli cəhətləri müəyyyən etməyi çətinləşdirir. Amma növbəti fərq odur ki, qrip insan bədənində 1-4 gün arasında aktiv olur,  infeksiyanın daha çox təsir etmə müddəti ortalama 2 gün olur. Koronavirus isə 1 -14 gün arasında olur. Onların təsiretmə müddəti 6 gündür. Hər iki halda da müalicə yalnız onları yaxşılaşdırmaq məqsədi daşıyır, amma insanlar bilməlidir ki, antibiotiklər viruslara qarşı təsirsizdir.

Bu epidemiyalar arasındakı fərqi müəyyən etməyin başqa bir ip ucu da var. Koronavirus əsasən yaşlılara, qrip isə bütün yaş qruplarına təsir göstərir. Ancaq onun qrip və ya koronavirus olması xəstəxanada diaqnostik test ilə müəyyən oluna bilər. 

Virusların ötürülməsinə gəlincə, burada da oxşarlıq çoxdur. Məsələn, hər iki virus postilionlar, öskürək və ya asqırma ilə ötürülür. Ona görə də xəstə insanlarla təmasdan çəkinmək lazımdır. Əllərinizi ağız, burun və gözlərinizə toxundurmayın.

Öskürək və asqırma zamanı birdəfəlik əl dəsmallarından istifadə olunmalıdır. Asqırma və öskürmə zamanı o dəsmalarla ağız və burunu tutmaq gərəkir. Və dərhal da onu atmaq lazımdır. Bir dəsmanlı uzun müddət istifadə etmək olmaz. Əllər yuyulmalıdır hətta çirklənmiş səthlər dezinfeksiya edilməlidir. 

Hətta koronavirus qrip viruslarına nisbətən damcılarla daha asan şəkildə yoluxur. Koronavirusu qripdən fərqləndirən ən başlıca element odur ki, koronavirusdan dünyasını dəyişən insandan da yoluxma mümkündür. 

Qeyd edək ki, ümumiyyətlə mövsümi qrip ildə təxminən 1 milyard insana təsir göstərir. Onlardan 290- 650 mini həyatını itirir. 26 Fevral 2020-ci il tarixinə olan koronavirus  2768 adamın ölümünə səbəb olub. Lakin qripin illərdir, öyrənildiyi bir vaxtda, Covid-19 epidemiyasının təkamülünü proqnozlaşdırmaq mümkün deyil. Buna görə səlahiyyətlilər sayıqlığı itirməməlidir. 

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci təsdiqləyir ki, mart və aprel ayında qripə tutulma hallarının sayı azalacaq.