Epidemiya ilə mübarizədə fəallıq göstərənləri Kommunist Partiyasına üzv qəbul edəcəklər


Çində yeni tip koronavirus (COVID-19) epidemiyası ilə mübarizədə fəallıq göstərənlərin hakim Kommunist Partiyası sıralarına üzv qəbul olunması qərara alınıb.

AZƏRTAC xəbər verir ki, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsi təşkilati departamentinin dövrü nəşrində bu qərarın epidemiya ilə mübarizədə iradə və əzmkarlıq göstərənlərin həvəsləndirilməsi məqsədi daşıdığı qeyd olunur. Partiya tələblərinə cavab verən bütün kateqoriyalardan olan şəxslər, o cümlədən tibb işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər təsərrüfatında çalışanlar 90 milyon nəfəri birləşdirən ÇKP üzvlüyünə qəbul olunmaq üçün müraciət edə biləcəklər. Partiyanın yerli bölmələrinə yeni üzvlərin qəbulu üçün hazırlıq işləri görmək tapşırılıb.

Qeyd edək ki, Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 78 min 630, bu virus səbəbindən ölənlər isə 2 min 747 nəfərə çatıb. Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, indiyədək 32 min 538 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 8 min 346 xəstənin vəziyyəti kritikdir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 652 min nəfəri müəyyən edib, onlardan 71 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, 45 ölkədə 3500-dən çox yoluxma, 57 ölüm faktı qeydə alınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu