Bakıda bəzi yerlərində işıqlar söndü - SƏBƏB

Bakının bəzi hissələrində elektrik enerjisi təchizatının verilməsində  problem yaranıb.

Oxu.Az-ın məlumatına görə, Sabunçu rayonunun Yeni Ramana qəsəbəsi, Heydər Əliyev prospekti, Xətai rayonu və Nizami rayonunda elektrik enerjisi təchizatının verilməsi dayandırılıb.

“Azərişıq” ASC-dən saytımıza bildirilib ki, baş vermiş hadisəyə yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranması səbəb olub.

Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir. Qısa zamanda problem həll olunacaq və elektrik enerjisi təchizatının verilməsi bərpa olunacaq”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu