Gürcüstanın Səhiyyə naziri: “Ölkədə koronavirusun sürətlə yayılma ehtimalı yoxdur”

“Hazırkı mərhələdə Gürcüstanda koronavirusun sürətlə yayılma ehtimalı yoxdur”. Apsny.ge-nin məlumatına görə, bunu Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze deyib.

Onun sözlərinə görə, ötən gecə Gürcüstanda koronavirus şübhəsi ilə İnfeksion Xəstəxanaya yerləşdirilən 13 nəfərdə koronavirus aşkar edilməyib. Hazırda xəstəxanada koronavirus şübhəsi olan 10 xəstə var.

Onların 4-ü azərbaycanlı, 1-i gürcü olmaqla 5-i İrandan, 1-i italiyalı, 4-ü gürcü olmaqla 5-i İtaliyadan Gürcüstana daxil olan şəxslərdir.

“Biz işimizi koordinasiyalı davam etdiririk. Hazırda virusa yoluxan insanlarla sıx təmasda olan və yüksək riskli ərazilərdən ölkəyə gələn vətəndaşların karantinə alınması üçün Gürcüstanın fərqli ərazilərində kifayət qədər yer var. Həmin şəxslər üçün əlverişli şəraitin yaradılmasına çalışırıq.

Bunun üçün Batumidə, eləcə də Kutaisidə yerləşən xəstəxanaları səfərbər etmişik. Bir neçə xəstəxana isə Tbilisidədir”, - deyə Tikaradze bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu