Tanınmış jurnalist “Sabah”dan ayrıldı, yerinə adam tapıldı

“Sabah” Futbol Klubunun idman direktoru Emin Abbasov öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.

Oxu.Az xəbər verir ki, “Xəzər” TV-də aparıcı, “CBC Sport” telekanalında şərhçi kimi işləmiş E.Abbasov 2018-ci ildən Bakı klubunda çalışırdı. 

Əldə etdiyimiz məlumata görə, artıq klub onun yerinə adamı da müəyyənləşdirib.

Bu, fevralın 3-də “Səbail”i “Sabah”a dəyişmiş Ramin Həsənovdur. O, baş icraçı direktor postunda fəaliyyətini davam etdirəcək. Amma faktiki olaraq bu klubun aşağı yaş qruplarına nəzarəti həyata keçirəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu