İranda prezidentin köməkçisi də koronavirusa yoluxub

İranda prezident Həsən Ruhaninin köməkçisi Məsumə İbtikat koronavirusa yoluxub.

Bu barədə “HaberTürk” xəbər yayıb.

Məsumə İbtikat İİR prezidentinin Qadın və Ailə məsələləri üzrə köməkçisidir.

Qeyd edək ki, bundan əvvəl də İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri Höccətislam Müctəba Zunnur koronavirusa yoluxduğu barədə məlumat verilmişdi.

Son məlumatlara görə, İranda koronavirusdan ölənlərin sayı 22-yə yüksəlib, 141 nəfərdə isə yoluxma halı qeydə alınıb.

Bundan başqa, ötən gün 54 iranlı sağalıb və müalicə aldıqları xəstəxanalardan buraxılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu